Gəncə Şəhər Stadionunda YANĞIN
    • 25-12-2023, 21:02
    • 171

Gəncə Şəhər Stadionunda YANĞIN


Gəncə şəhərini təmsil edən "Kəpəz" Peşəkar Futbol Klubunun stadionunda - Gəncə Şəhər Stadionunda yanğın olub.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə stadionun tikinti aparılan ərazisində baş verib.

Hadisə yerinə Gəncə Yanağından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Alov söndürülüb.

İlkin məlumata görə, hadisə elektrik naqillərində qeydə alınan qısaqapanmadan baş verib.