Zelenski əsas hərbi hədəfi Açıqladı
    • 2-01-2024, 13:40
    • 250

Zelenski əsas hərbi hədəfi Açıqladı

“Krımın təcrid olunması və orada Rusiyanın hərbi potensialının deqradasiyası bizim üçün son dərəcə vacibdir. “Taurus” raketləri Ukraynaya 4 milyard dollarlıq Kerç körpüsünü dağıtmağa, Krım yarımadasını Rusiyadan təcrid etməyə və bölgədən hücumların sayını azaltmağa imkan verə bilər”.


News24.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Ekonomist”ə (The Economist) müsahibəsində deyib.

O bildirib ki, Ukraynanın 2024-cü ildə əsas hərbi məqsədi Krımın təcrid olunmasıdır.

Zelenski quru müharibəsinin problemlərindən də danışıb:

“Bizim vəzifəmiz Ukraynanın bu çox mühüm şəhərlərini - Xarkov, Dnepr, Zaporojye, Xerson, Nikolayevi xilas etmək, şərqi və cənubu, həmçinin ölkəmizin mühüm infrastrukturlarını qorumaqdır”.

Ayşən