BMT Ukraynaya bu qədər vəsait ayıracaq
    • 11-01-2024, 22:39
    • 192

BMT Ukraynaya bu qədər vəsait ayıracaq

BMT Ukraynada 8,5 milyon insana yardım üçün 2024-cü ildə Ukraynaya 3,1 milyard dollar ayırmağı planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə Reuters xəbər verir.

" Rusiyanın genişmiqyaslı işğalı səbəbindən 14,6 milyondan çox insan və ya Ukrayna əhalisinin 40%-i bu il humanitar yardıma ehtiyac duyacaq. Münaqişə həmçinin 6,3 milyon insanı xaricə qaçmağa məcbur edib.Dörd milyon insan, o cümlədən bir milyona yaxın uşaq ölkədə məcburi köçkün olaraq qalır"- deyə BMT qeyd edib.

Ayşən