Tunellərin 40%-dən çoxu MƏHV EDİLİB - VİDEO
    • 28-01-2024, 11:16
    • 185

Tunellərin 40%-dən çoxu MƏHV EDİLİB - VİDEO


Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri indiyədək Fələstinin HAMAS radikal hərəkatının yeraltı tunellərinin yalnız 40%-dən çoxunu məhv edə bilib.

R TV xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Bildirilib ki, dağıntıların dəqiq həcmini qiymətləndirmək çətindir, çünki heç kim sektorda neçə tunelin çəkildiyini tam əminliklə deyə bilməz. 

Bununla belə, ABŞ və İsrailin məlumatına görə, yeraltı dəhlizlərin 20-40%-i “zədələnmiş və ya yararsız hala salınıb”. Qəzetin mənbələri qeyd edirlər ki, bu nəticə “gözləniləndən aşağıdır”.

Aslan Nadiroğlu