Bakıda hoteldə YANĞIN
    • 19-02-2024, 08:12
    • 140

Bakıda hoteldə YANĞIN


Bakının Nərimanov rayonunda yerləşən hotellərin birində yanğın baş verib.

News24.az xəbər verir ki, alov otelin üçüncü mərtəbəsində başlayıb.

Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək.