Bakıda qadın cinsi hərəkətlər etməyə məcbur edildi — Cinayət işi başladı
    • 6-03-2024, 23:20
    • 677

Bakıda qadın cinsi hərəkətlər etməyə məcbur edildi — Cinayət işi başladı

Bakının Yasamal rayonunda qadını seksual xarakterli hərəkətlərə məcbur etməkdə təqsirləndirilən Rəşid Xəşəlovun barəsində cinayət işi başlanılıb.

News24.az Demokrat.az-a istinadla bildirir ki, Rəşid Xəşəlovun barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.

Onun barədəki cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Rəşad Cavadzadənin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası martın 12-ə təyin edilib. 

Cinayət işi üzrə bir qadın zərərçəkmiş qismində tanınıb.