Pentaqondan həmin sirli şarla bağlı AÇIQLAMA
    • 8-03-2024, 17:23
    • 148

Pentaqondan həmin sirli şarla bağlı AÇIQLAMA

ABŞ Müdafiə Nazirliyi Alyaska sahillərində tapılan, medianın məlumatına görə, kəşfiyyat obyekti ola biləcək şarı tədqiq edəcək.

News24.az xəbər verir ki, bu barədə CNN telekanalına ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Martın əvvəlində CNN məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ-ın Alyaska ştatında bir balıqçı gəmisi sahildə kəşfiyyat şarı olması ehtimal edilən obyekt qırıqları aşkarlayıb və onu götürüb. Media onun digər ölkələrin müşahidə məqsədləri üçün istifadə etdiyi hava obyektləri ilə oxşar olduğunu bildirmişdi.

Telekanalın cümə günü qeyd etdiyi kimi, Pentaqon nümayəndəsinin müvafiq açıqlaması tapılan obyektin şar olması ilə bağlı ilk etiraf olub.

Təxminən bir il əvvəl Birləşmiş Ştatlar öz hava məkanında bir neçə gün uçan və hərbçilər tərəfindən vurulmuş Çin şarı aşkar etmişdi./Publika.az/