Türkiyə F-35 qırıcılarına ödənilən pulu qaytarmağı gözləyir
    • 11-03-2024, 14:30
    • 224

Türkiyə F-35 qırıcılarına ödənilən pulu qaytarmağı gözləyir

Türkiyə Amerikanın F-35 qırıcılarının alınması üçün ödənilən pulu qaytarmağı gözləyir.

News24.az xəbər verir ki, bu barədə Milli Müdafiə naziri Yaşar Gülərin bəyanatında bildirilib.

"Düşünürəm ki, F-35 üçün ödədiyimiz pulu geri ala bilərik, danışıqlar davam edir",- deyə o qeyd edib.

Qeyd edək ki, daha əvvəl respublikanın xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə ABŞ-la F-35 qırıcıları proqramına qayıtmaq məsələsini müzakirə etməyə hazırdır, Ankara bu proqramdan kənarlaşdırılmasını əsassız hesab edir.

Mehriban Mirzəzadə