Azərbaycanlı futbolçu hamını QORXUTDU - FOTO
    • 13-03-2024, 15:49
    • 457

Azərbaycanlı futbolçu hamını QORXUTDU - FOTO

II Liqanın 16-cı turu çərçivəsində keçirilən «Füzuli» - «Dinamo» qarşılaşmasında (3:2) qorxulu anlar yaşanıb.

News24.az bildirir ki, «Polislər»in yarımmüdafiəçisi İntiqam Məmmədov matçın 73-cü dəqiqəsində özündən gedib.

Rəqiblə ikili mübarizədən sonra yerə yıxılan oyunçunun başı süni qazona çırpılıb. O, təcili tibbi yadım maşını ilə xəstəxanaya çatdırılıb.

Huşsuz vəziyyətdə olan Məmmədov orada ayılıb. İlkin müyainədən sonra onun beyin silkələnməsi keçirdiyi, amma səhhətində qorxu fəsad buraxmadığı müəyyənləşib.

Həkimlər sabiq «Cəbrayıl»lıya 1-2 xəstəxanada qalmağı məsləhət görsə də, razılaşmayıb. «Dinamo»nun qışda sıralarına qatdığı oyunçu 10 günlük müalicə kursu alacaq.//sportinfo