AAYDA-nın "Youtube" kanalı oğurlandı -AÇIQLAMA
    • 2-04-2024, 11:55
    • 140

AAYDA-nın "Youtube" kanalı oğurlandı -AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ələ keçirilib.

Bu barədə qurumdan News24.az-a verilən açıqlamada bildirilib.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı bu gün naməlum hakerlərin hücumuna məruz qalıb və ələ keçirilib. İzləyicilərdən diqqətli olmaları və adıçəkilən kanalı bəyənməmələri xahiş olunur. Qeyd edək ki, ən qısa zamanda qurumun rəsmi “YouTube” kanalının bərpası, yaxud yeni kanalın yaradılması barədə ictimaiyyətə əlavə məlumat veriləcək”,- deyə məlumatda qeyd olunub.

Mehriban Mirzəzadə