Mina və partlayıcılar 1052 mülki şəxsin ölümünə səbəb oldu
    • 4-04-2024, 14:52
    • 108

Mina və partlayıcılar 1052 mülki şəxsin ölümünə səbəb oldu

UNİCEF-in verdiyi açıqlamada Myanmarda paytaxt Nepido istisna olmaqla, demək olar ki, bütün əyalət və bölgələrdə minaların olduğu və bunun təşviş doğurduğu bildirilib.

News24.az xəbər verir ki, açıqlamada 2022-ci ildə minalar nəticəsində 390 mülki şəxsin həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, 2023-cü ildə isə Myanmada mina və digər partlayıcı maddələr səbəbindən 1052 mülki şəxsin həyatını itirdiyi və bu insanların 20 faizinin uşaq olduğu qeyd edilib.

Günel Məlikzadə