Bakıda köməksiz vəziyyətdə qalan uşaqlar xilas edildi
    • 11-04-2024, 21:54
    • 246

Bakıda köməksiz vəziyyətdə qalan uşaqlar xilas edildi


Bakının Binəqədi rayonunda 2 uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqlar xilas edilib.