İran və Pakistan bu mövzunu müzakirə etdilər
    • 12-04-2024, 16:10
    • 116

İran və Pakistan bu mövzunu müzakirə etdilər

İran prezidenti İbrahim Rəisi pakistanlı həmkarı Asif Əli Zərdari ilə terrorla mübarizəni müzakirə edib.

News24.az xəbər verir ki, Rəisi Pakistan prezidenti Zərdari ilə telefonla danışıb.

Görüşdə Rəisi bəzi beynəlxalq güclərin İran və Pakistan arasında nifaq salmağa çalışdığını bildirib. Terrora qarşı birgə mübarizənin və Tehran-İslamabad dostluğunun möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib.

Pakistan prezidenti Zərdari də terrorizmlə mübarizədə əməkdaşlığı vurğulayıb. İki ölkə arasında müxtəlif sahələrdə dostluq əlaqələrinin möhkəmləndiyini də əlavə edib.

Zərdari həmçinin İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunda həyatını itirən iranlılara başsağlığı verib.

Günel Məlikzadə