"TRT Ərəbi komandasına qəsdən hücum edilib"
    • 12-04-2024, 17:15
    • 143

"TRT Ərəbi komandasına qəsdən hücum edilib"

Kommunikasiyalar Direktoru Fahrettin Altun İsrailin hücumuna məruz qalan TRT komandasının tezliklə sağalmasını dilədi.

News24.az xəbər verir ki,  Altun deyib:

"Bu gün bütün dünyanın gözü qarşısında İsrailin Qəzzada qanun, prinsip və sərhəd tanımayan dinc insanlara, günahsızlara, tibb işçilərinə, jurnalistlərə qarşı törətdiyi qətliamları görürük.

Təəssüf ki, insanlıq olaraq verməli olduğumuz birlik obrazını verə bilmirik. Biz İsrailin zülmünə, qırğınlarına, soyqırımına qarşı çox güclü şəkildə danışmağa və nə olursa olsun həqiqətin yanında olmağa çalışırıq".

Günel Məlikzadə