Quranı yandırdı..
    • 13-04-2024, 10:35
    • 328

Quranı yandırdı..

2 həftə həbsdə qalan Quran yandıran təxribatçı Salvan Momika İsveç polisinə təhvil verilib.

News24.az xəbər verir ki, İsveç polisi verdiyi açıqlamada Momikanın ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını açıqlayıb. Onun deportasiya edildiyi də bildirilib.

Ölkənin “Expressen” qəzetinə açıqlama verən Momika, “16 aprelə qədər İsveçdə müvəqqəti yaşama icazəm var. İcazəm bitdikdən sonra yenidən buradan sığınacaq üçün müraciət edəcəm” deyib.

Momika əlavə edib: "Norveçə gələn kimi həbs olundum. Cib telefonumu aldılar və məni təcridxanaya atdılar. Mən desəm də, Norveçdə Quranı yandırmadım".

Qeyd edək ki, Momikanın hərəkətlərindən sonra Danimarka Parlamenti 2023-cü il dekabrın 7-də qanun layihəsini qəbul edərək, müqəddəs kitabların yandırılmasını və bu kitablara hücumu qeyri-qanuni edib.

Günel Məlikzadə