"HƏMAS-a 40 günlük atəşkəs təklif edildi"
    • 29-04-2024, 23:59
    • 244

"HƏMAS-a 40 günlük atəşkəs təklif edildi"

Britaniyanın xarici işlər naziri Devid Kemeron HƏMAS-a 40 günlük atəşkəs təklif edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, Ər-Riyadda açıqlama verən Kemeron, "Qəzzada 40 günlük atəşkəs üçün məhbusların azad edilməsi qarşılığında səxavətli bir təklif var" deyib.

Kemeron əlavə edib: “Ümid edirəm HƏMAS təklifi qəbul edər. Girovlar azad olunmayana qədər bu münaqişə bitməyəcək.Mən hesab edirəm ki, Həmas rəhbərliyi və 7 oktyabrda İsrailə hücuma görə məsul olanlar Qəzzanı tərk etməli və iki dövlətli həll üçün siyasi perspektiv yaratmalıdırlar”. 

Günel Məlikzadə