Conatan Yeodan kralla bağlı açıqlama
    • 20-05-2024, 23:00
    • 234

Conatan Yeodan kralla bağlı açıqlama

İngiltərə kralı Çarlzın taxta çıxmasından sonra ilk rəsmi portreti ötən həftə ictimaiyyətə təqdim edilib. Rəssam Conatan Yeonun imzası ilə çəkilmiş portretdə qırmızı rəngin üstünlük təşkil etməsi çox danışılıb.

News24.az xəbər verir ki, portretə “Səltənətin alovlanacağı və ya kralın cəhənnəmdə yanacağı xəbərini verib” və “Deyəsən qan vannası qəbul edir” kimi şərhlər edilib.

KRALIN PORTRETİ NİYƏ QIRMIZIDIR?

Conatan Yeo “Sunday Times” qəzetinə işindən danışıb.

“Bir rəsm üzərində nə edirsinizsə edin, danışdığınız hekayənin nə qədər aydın olduğunu düşünsəniz də, hər kəs ondan başqa bir məna çıxaracaq” deyən Yeoh portretdə niyə bu qədər qırmızıdan istifadə etməyi seçdiyini də danışıb.

Kralın parlaq rəngli formasının tonunu azaltmaq istədiyini və yalnız formanı qırmızı saxlamaq əvəzinə bütün tablonu al-qırmızı etməyə üstünlük verdiyini ifadə edən rəssam, "Qırmızının həqiqətən diqqəti yayındıracağını düşündüm" deyib.

"Bunun psixoloji fonu da ola bilər. Çünki 2023-cü ilin mart ayında bu rəsm əsərini çəkərkən infarkt keçirdim. Amma bunların heç birinin fərqində deyildim. Sadəcə, bu rəngi bəyəndim", - Yeo davam əlavə edib.

Günel Məlikzadə