Rəisinin helikopteri ilə bağlı şübhəli məqamlar: Türkiyə elə faktlar yaydı ki...
    • 22-05-2024, 11:18
    • 217

Rəisinin helikopteri ilə bağlı şübhəli məqamlar: Türkiyə elə faktlar yaydı ki...

İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən digər rəsmi şəxslərin ölümü ilə nəticələnən helikopter qəzasının aydınlaşdırılmalı olan qaranlıq tərəfləri var. Onlara aydınlıq gətirilməlidir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri yazıb.

“Üç helikopter havaya qalxır. Onlardan ikisi eniş etməyi bacarır. Bəs prezidenti daşıyan helikopter niyə qəzaya uğradı? İddia olunur ki, digər iki helikopter qatı duman olan əraziyə çatanda uçuş marşrutunu dəyişib. Niyə prezidenti daşıyan helikopter marşrutu dəyişməyib? Digər iki helikopterin pilotları arasında uçuş marşrutunun dəyişdirilməsi ilə bağlı dialoq olubmu?” – nəşrin yazarı Əbdülqədir Səlvi qeyd edib.

O, Rəisinin prezident helikopterində deyil, İran Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterdə uçması faktını da qeyd edib.

Səlvi İran dövlət başçısının uçduğu helikopterə ELT qurğusunun (fövqəladə hallarda yeri müəyyən etmək üçün istifadə edilən cihaz – red.) niyə quraşdırılmadığına işarə edib: “Ölkədə yalnız bir cihaz olsa belə, o helikopterdə ola bilməzdimi? Rəisini daşıyan helikopter ELT cihazı ilə təchiz edilsəydi, qəzadan sonra 30 gün ərzində siqnal verərdi və onları tapmaq daha asan olardı”.

Materialda həmçinin iddia edilib ki, vertolyotun pilotlarının yerləşdiyi kabinə tamamilə yanıb, pilot və iki zabit diri-diri yanıb. Bundan başqa, məlum olub ki, prezidentin olduğu füzelajın əsas hissəsi kabinədən ayrılıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Vida mərasimi bu gün Tehranda keçiriləcək.