Sərnişin təyyarəsi flaminqo sürüsünə çırpıldı
    • 22-05-2024, 15:44
    • 202

Sərnişin təyyarəsi flaminqo sürüsünə çırpıldı

Hindustan Times-ın məlumatına görə, səlahiyyətlilər, flaminqo sürüsünə çırpılan Emirates Airlines sərnişin təyyarəsi ilə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, Mumbayın Ghatkopar rayonunda baş verən qəzada 36 flaminqonun öldüyü bildirilib.

Digər tərəfdən, qəzada "cüzi ziyan" alan təyyarənin 310 sərnişinlə təhlükəsiz eniş etdiyi qeyd edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edərkən ekoloji ekspertlər ərazidə çəkilən elektrik xətlərinin quşların istiqamətini itirməsinə səbəb olduğunu və qəzanın baş verməsinin də bu səbəbdən olduğunu iddia ediblər.

Günel Məlikzadə