ICJ İsraillə bağlı qərarını sabah açıqlayacaq
    • 23-05-2024, 15:41
    • 162

ICJ İsraillə bağlı qərarını sabah açıqlayacaq

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) İsrailin əlavə ehtiyat tədbirləri tələbləri ilə bağlı Cənubi Afrika Respublikasının İsrailə qarşı açdığı "soyqırım" iddiası ilə bağlı qərarını 24 May Cümə günü saat 16:00-da açıqlayacağını açıqlayıb. 

News24.az xəbər verir ki, qərarın məhkəmə sədri, livanlı hakim Nəvaf Salam tərəfindən açıq iclasda oxunacağı bildirilib.

Cənubi Afrikanın əlavə tədbirlər tələbləri ilə bağlı mayın 16-da və 17-də keçirilən dinləmələrdə Cənubi Afrika tərəfi bəyan edib ki, İsrail ICJ-nin yanvarın 26-da verdiyi ilk qərardan sonra fələstinlilərə qarşı hücumlarını artıraraq Məhkəmənin məcburi qərarlarını qəsdən pozub.

İsrailin Rəfahda başlatdığı hücumların qəzzalıların hüquqlarına düzəlməz ziyan vurduğunu qeyd edən cənubi afrikalı hüquqşünaslar İsrailin də mülki vətəndaşlar üçün “son yaşayış sahəsi” olan Rəfahda əməliyyata başladığını xatırladıblar.

Cənubi Afrika Qəzzadakı İsrail əsgərlərinin təxliyyə zonalarını və qalan bütün fələstinliləri qanuni hədəflər hesab etdikləri “məhv zonaları” olaraq təyin etdiklərinə diqqət çəkərək, Məhkəmədən çox gec olmadan İsrailə hərbi əməliyyatlarını dayandırmağı əmr etməsini istəyib.

Günel Məlikzadə