"Qarabağ" "Zirə"yə qarşı: Matç başladı
    • 2-06-2024, 20:06
    • 201

"Qarabağ" "Zirə"yə qarşı: Matç başladı


Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final qarşılaşması baş tutacaq.

News24.az xəbər verir ki, həlledici görüşdə Premyer Liqanin qalibi “Qarabağ”la çempionatı ikinci sırada başa vuran “Zirə” üz-üzə gələcəklər.

"Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq. 

Xatırladaq ki, "Qarabağ" ölkə kubokuna ümumilikdə 7 dəfə sahib çıxıb. "Zirə" isə bu titulu heç vaxt qazanmayıb.

Qeyd edək ki, final görüşündən əvvəl - saat 19:00-da konsert proqramı olacaq. Konsert proqramında xalq artisti Aygün Kazımova çıxış edəcək.