Hindistanda seçki
    • 4-06-2024, 12:07
    • 153

Hindistanda seçki

Hindistanda təxminən 6 həftə davam edən 7 mərhələdən ibarət ümumi seçkilər başa çatdıqdan sonra bu gün səslərin sayılması prosesi başlayıb.

News24.az xəbər verir ki, Hindistan Seçicilər Kollegiyasının məlumatına görə, 1 milyarda yaxın seçici arasından federal parlament üzvlərini seçmək üçün verilən təxminən 650 milyon səsin hesablanması davam edir.

Yarışda baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Janata Partiyasının (BJP) rəhbərliyi ilə yaradılmış “Milli Demokratik Alyans (NDA)” liderlik edir.

Modinin başçılıq etdiyi NDA-nın seçkiqabağı və sorğudan sonrakı sorğularda "əzici səs çoxluğu" ilə seçkidə qalib gələcəyi proqnozlaşdırılır.

Alınan ilk məlumatlarda INDIA blokunun performansı "sürpriz" hesab olunub.

Qeyd edək ki, Hindistan xalqı ölkənin 28 ştatını və 8 xüsusi inzibati ərazi dairəsini əhatə edən 7 mərhələdən ibarət ümumi seçkilər çərçivəsində 19 aprel və 26 aprel, həmçinin 7 may, 13 may, 20 may, 25 may və 1 iyun tarixlərində səs verəcək. “Birlik əraziləri” adlanan bölgələr bundan istifadə edib.

Günel Məlikzadə