Modi üçüncü dəfə baş nazir oldu
    • 4-06-2024, 18:34
    • 181

Modi üçüncü dəfə baş nazir oldu

Hindistanda təxminən 6 həftə davam edən 7 mərhələdən ibarət ümumi seçkilər başa çatdıqdan sonra bu gün səslərin sayılması prosesi başlayıb.

News24.az xəbər verir ki, 1 milyarda yaxın seçici arasından federal parlament üzvlərini seçmək üçün istifadə edilən təxminən 650 milyon səsin hesablanması axşam saatlarında başa çatıb.

Nəticələrə əsasən, hazırkı baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Janata Partiyasının (BJP) rəhbərliyi ilə yaradılan “Milli Demokratik Alyans (NDA)” qalib gəlib.

Günel Məlikzadə