“ABŞ zibilxanaya çevrilib”
    • 7-06-2024, 21:00
    • 162

“ABŞ zibilxanaya çevrilib”

“ABŞ zehni geriliyi olan prezident Co Baydenin siyasəti səbəbindən zibilxanaya çevrilib”.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-nin sabiq prezidenti Donald Tramp deyib.

“ABŞ çox əqli cəhətdən zəif bir prezidentə görə zibilliyə çevrildi. Biz zəifləyən bir millətə çevrilirik, biz böyük problemləri olan bir xalqıq”, – o deyib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

D.Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb.