ÜST: 1,6 milyon insan bu səbəbdən xəstələnir
    • 7-06-2024, 14:40
    • 312

ÜST: 1,6 milyon insan bu səbəbdən xəstələnir

Branka 7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.

News24.az xəbər verir ki, “Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidaya görə xəstələnir” deyən Branca, qida vasitəsi ilə yoluxan xəstəliklərin 40%-nın 5 yaşdan kiçik uşaqlarda görüldüyünü söyləyib.

Qlobal ərzaq tədarükünün getdikcə bir-birinə bağlı olduğunu qeyd edən Branca, təhlükəli qidanın yaratdığı risklərin tez bir zamanda yerli problemdən beynəlxalq fövqəladə vəziyyətə çevrilə biləcəyini vurğulayıb.

"Dünyanın bir çox yerlərində baş verən humanitar böhranlar ərzaq təhlükəsizliyini təhlükə altına qoyur. Ərzaq yalnız təhlükəsiz olduqda qida ehtiyaclarını ödəyə bilər", - Branka deyib. 

Günel Məlikzadə