Quş qripindən ilk ölüm faktı təsdiqlənmədi
    • 7-06-2024, 17:02
    • 292

Quş qripindən ilk ölüm faktı təsdiqlənmədi

Prezident Andres Manuel Lopez Obradorun Milli Sarayda keçirdiyi gündəlik mətbuat konfransından əvvəl Səhiyyə katibi Xorxe Alkoser ÜST-nin ölkədə A(H5N2) virusu səbəbiylə bir nəfərin öldüyü barədə bəyanatı ilə bağlı qiymətləndirmələr aparıb.

News24.az xəbər verir ki, ÜST-nin "səhv" bir açıqlama yayımladığını ifadə edən Alcocer, "Bildirmək istərdim ki, ÜST-nin dərc etdiyi bildiriş olduqca pisdir. Çünki ölümcül bir hadisədən bəhs edilib, bu adam isə başqa bir səbəbdən ölüb" dedi.

Alkoser ÜST-nin adı çəkilən 59 yaşlı şəxsin A(H5N2) virusundan deyil, diabet və böyrək çatışmazlığından yaranan ağırlaşmalardan dünyasını dəyişdiyini açıqlayıb.

Qeyd edək ki, ÜST-dən verilən yazılı açıqlamada, Meksikanın səhiyyə orqanlarının A(H5N2) virusuna yoluxmuş insanlarda təsdiqlənmiş ölümcül bir hadisə barədə ÜST-ə məlumat verdiyi qeyd edilib.

Virusun Meksika əyalətində yaşayan bir şəxsdə aşkar edildiyi bildirilərkən, quş qripi A(H5N2) variantının səbəb olduğu təsdiqlənmiş ilk insan ölümünün qeydə alındığı əlavə edilib.

Bu hadisədə “virusa məruz qalma” mənbəyinin hələ məlum olmadığı qeyd edilərkən, A(H5N2) virusunun Meksikada ev quşlarında müşahidə edildiyi bildirilib.

Günel Məlikzadə