“Rövşən Lənkəranski”ni qətlə yetirən şəxs Rusiyada GÜLLƏLƏNDİ: Qatili Bakıda HƏBS OLUNDU
    • 7-06-2024, 17:20
    • 2 802

“Rövşən Lənkəranski”ni qətlə yetirən şəxs Rusiyada GÜLLƏLƏNDİ: Qatili Bakıda HƏBS OLUNDU

2017-ci ildə Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənovun məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, bir qurup şəxslə tamah məqsədi ilə və ya sifarişlə qətl törətməkdə təqsirləndirilən Camal Həsənovun məhkəmə istintaqı Bakı Ağır Cinayətlər məhkəməsində baş tutub. Mətbuatda yayılan məlumata görə, Camal Həsənov Kriminal aləmdə “Yeraz Camal” ləqəbi ilə tanınıb. Baş vermiş qətl kriminal hesablaşmanın səbəb olduğu bildirilir.

İttiham aktına əsasən, Camal Həsənov öyrənir ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşı Cabir Həsənov bir neçə dəfə iştirak etdiyi müxtəlif məclislərdə kriminal aləmdə “Rövşən Lənkəranski” kimi məşhurlaşan R.Canıyevi İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobili pusquya düşürərək qətlə yetirib.

 “Yeraz Camal” Cabir Həsənovdan bu əməlinə görə qisas almaq məqsədi ilə Rusiyanın Sankt-Peterburq şəhərinə yollanıb. O, C. Həsənovu öldürmək məqəsdilə odlu silah əldə edib. C. Həsənov 2017-ci ilin aprelində Cabir Həsənovun yaşadığı evin yaxınlığına gələrək onun evə gəlməsini gözləyib. C. Həsənov evinə yaxınlaşdığı zaman Camal ona 6 dəfə atəş açaraq qətlə yetirib.

Elə həmin ilin noyabrında Camal Həsənov barəsində cinayət işi başlanılıb və axtarışa verilib. Rusiya tərəfi 2021-ci ildə cinayət işinin təqibinin davamı üçün materialları Azərbaycana göndərib. Daha sonra C. Həsənov tutularaq istintaqa təhvil verilib. 

C. Həsənova Cinayət Məcəlləsinin 12.1, 120.2.1. 12.1, 120.2.5, 12.1, 228.2.1-ci maddələri ilə ittiham olunub. Dövlət ittihamçısından sonra təqsirləndirilən şəxs ifadə verib. O, Cabir Həsənovu qətlə yetirmədiyini bildirib. Prokuror çıxışı zamanı C. Həsənovun 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Camal Həsənov məhkəmədə son sözündə günahsız olduğunu deyib. 

Məhkəmənin qərarı ilə C. Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev(“Rövşən Lənkəranski”) 2016-cı il avqustun 18-də Türkiyədə öldürülüb. “Rövşən Lənkəranski” kimi məşhurlaşan R.Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan “Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib. Avtomobilin içərisində olan “Lənkəranski” və adı açıqlanmayan sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb.

Bu günə qədər “Lənkəranski”nin qətlinin sifarişçiləri barədə dəqiq məlumat yoxdur. Məlumdur ki, avtoritet uzun illərdir ki, bir sıra kriminal qruplaşmalarla konfliktdə idi. Bu sırada ilk yada 2013-cü ilin yanvar ayında qətlə yetirilən “Ded Xasan” ləqəbli Aslan Usoyanın klanı düşür. “Ded Xasan” klanı qətli “Lənkəranski”nin sifarişi ilə törədildiyini iddia edirdi və hətta onun “başı”na 5 milyon dollar mükafat da vəd edilmişdi. “Ded Xasan”ın intiqamının alınacağı ilə bağlı söz-söhbətlər daha bir nüfuzlu kriminal Zaxari Kalaşov (“Şakro Molodoy”) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra yenidən dövriyyəyə buraxılmışdı.  Amma “Şakro” “Lənkəranski” ilə açıq savaşa girmədi.

Aqil Qarayev

Ətraflı RTV-nin sujetində: