Putinin qazana bilmədiyi tək "müharibə"
    • 7-06-2024, 17:52
    • 238

Putinin qazana bilmədiyi tək "müharibə"

Rusiya lideri Vladimir Putin özünü qlobal tarazlığın müdafiəçisi, Qərbə iqtisadi, hərbi və mədəni alternativ təklif edən qüdrətli ölkəyə rəhbərlik edən biri kimi müəyyənləşdirir.

News24.az xəbər verir ki, lakin Putinin tək bir problemi var: Rusiya əhalisinin sayı illərdir azalır və Ukraynadakı müharibə vəziyyəti daha da pisləşdirib.

Qərbin hesablamalarına görə, döyüş meydanında ən azı 150 min rus əsgəri həlak olub. Müharibə başlayandan sonra bir milyona yaxın insan ölkəni tərk edib.

20 İLİN ƏN AŞAĞI DOĞUM DƏRƏCƏSİ

Hökumətin statistikasına görə, 2023-cü ildə Rusiyada təxminən 1,26 milyon uşaq doğulacaq. Bu, son iyirmi ildən çox müddətdə ən aşağı göstəricidir.

Doğum nisbətinin artırılmasının milli prioritet olduğunu deyən Putin 2024-cü ili “ailə ili” elan edərək, üç uşağı olanlara subsidiya tətbiq edib.

Qeyd edək ki, Rusiya lideri növbəti 6 il ərzində ailələrə və uşaqlara dəstək tədbirləri üçün 157 milyard dollara qədər vəsait xərcləyəcəyini vəd edib.


Günel Məlikzadə