ABŞ daha aqressiv nüvə silahı strategiyası qəbul etmək niyyətindədir
    • 8-06-2024, 17:14
    • 159

ABŞ daha aqressiv nüvə silahı strategiyası qəbul etmək niyyətindədir

Cümə günü, iyunun 7-də ABŞ prezidenti Co Baydenin administrasiyası Çin və Rusiya Federasiyasının ABŞ-ın silahlara nəzarət məsələlərini müzakirə etmək cəhdlərini rədd etməsindən sonra daha aqressiv nüvə silahı strategiyası qəbul etmək niyyətini açıqlayacaq.

Bu barədə "Semafor” məlumat yayıb.

Yüksək səviyyəli administrasiya rəsmisi nəşrə bildirib ki, Birləşmiş Ştatlar "müəyyən düzəlişlər” edəcək.

"Birləşmiş Ştatlar hesab edir ki, artan qlobal gərginlik fonunda silahların yayılmaması və silahlara nəzarət məsələlərinə daha rəqabətli yanaşmalı və mövqeyimizə və imkanlarımıza bəzi düzəlişlər etməlidir", - o deyib. 

Milli Təhlükəsizlik Şurasının nümayənfəsi Pranay Vaddinin də silahlara nəzarət konfransında yeni istiqamət haqqında daha ətraflı danışacağı gözlənilir.

Keçən il eyni görüşdə Milli Təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan ABŞ-ın Çin və Rusiya ilə silahlara nəzarəti "ilkin şərt olmadan" müzakirə etməyə hazır olduğunu açıqlayıb. Bununla belə, Pekin və Moskva bu təklifləri faktiki olaraq rədd edərək, ABŞ-ı öz yanaşmasını dəyişməyə məcbur etdi, - rəsmi bildirib.

Administrasiya hələ də öz geosiyasi rəqiblərini danışıqlar masasına oturtmağa ümid edir, lakin danışıqların aparılmamasının nəticələrinin olacağını nümayiş etdirmək istəyir, deyə o əlavə edib.

"Rusiya və Çin danışıqlardan imtina etsələr, pisləşən təhlükəsizlik mühiti ilə üzləşəcəklər”, - mənbə bildirib.

Onun sözlərinə görə, administrasiya həmçinin artan nüvə təhlükəsi qarşısında ABŞ-ın nüvə qüvvələrinin daha da inkişafını nəzərdən keçirir və əsas müttəfiqləri özlərini qorumaq üçün lazım olan uzun mənzilli zərbə və müşahidə imkanları ilə təmin etməyə çalışır. (Qaynarinfo)