Bu ölkənin Baş naziri istefa verdi
    • 10-06-2024, 08:57
    • 142

Bu ölkənin Baş naziri istefa verdi

Belçikada keçirilən ümumi seçkilərin nəticəsi hökuməti devirib. Baş nazir Alexander De Croo rüsvay etdiyi partiyanın məğlubiyyətini qəbul edib və istefa verib.

News24.az xəbər verir ki, Belçikada keçirilən ümumi seçkilərin ilk nəticələri ortaya çıxmağa başlayıb.

Ölkənin federal məclisi və regional parlamentlər üçün səsvermə başa çatdıqdan sonra səslərin sayılmasına başlanılıb.

İlk nəticələrə görə ağır məğlubiyyət alan baş nazir Alexander De Croo verdiyi açıqlamada istefa verəcəyini açıqlayıb. Partiyasının seçkiləri uduzduğunu qəbul etdiyini bildirən De Croo, "Bu gecə çox emosional bir axşamdır. Qəbul etməliyəm ki, uduzduq. Sabah istefamı təqdim edəcəyəm".

Qeyd edək ki, ümumi seçkilərin nəticələrinə görə, ölkədə solçu partiyaların səs payı azalıb, Flamandda sağ və ifrat sağ partiyalar birinci olub. Baş nazir De Croonun partiyasının federal hökumətdə və ya Flaman sektorunda qurulacaq hökumətlərdə iştirak etməsi gözlənilmir.

Günel Məlikzadə