![Ukrayna Rusiyanın qırıcısını vurdu](/uploads/posts/2024-06/8fkycjg_f0-sdwxtrr5frw.webp)
-
- 10-06-2024, 14:06
- 132
Ukrayna Rusiyanın qırıcısını vurdu
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın daxili bölgələrində Su-57 qırıcısının vurulduğunu açıqlayıb.
News24.az xəbər verir ki, Kəşfiyyat İdarəsindən verilən açıqlamada, “8 iyun 2024-cü ildə Rusiya Federasiyasının Həştərxan vilayətinin Axtubinsk hava limanında, xəttdən 589 kilometr aralıda təcavüzkar dövlətin Su-57 tipli çoxməqsədli döyüş təyyarəsi vurulub. Düşmən hava limanında dayanmış təyyarənin peykdən çəkilmiş görüntüləri də bunu sübut edir. “ iyun tarixli şəkillər Su-57-nin bütöv olduğunu göstərsə də, 8 iyun tarixli şəkillər partlayışdan yaranan kraterləri və hücumun yaratdığı açıq-aşkar yanğın izlərini ortaya qoyur”.
Açıqlamada Su-57-nin Moskvanın ən qabaqcıl döyüş təyyarəsi olduğu vurğulanıb və Rusiya Aerokosmik Qüvvələrində bu döyüş təyyarələrinin az sayda xidmətdə olduğu bildirilib.
QİYMƏTİ 35 MİLYON DOLLAR
Rusiya mətbuatı Su-57 tipli təyyarəni “bahalı oyuncaq” adı ilə elan edərək vahidin qiymətinin 35 milyon dollar olduğunu açıqlayıb.
Qeyd edək ki, Suhoy Su-57 ilk uçuşunu 2010-cu ildə edib və 25 dekabr 2020-ci ildə xidmətə başlayıb.
Günel Məlikzadə