G7 Sammiti işə başladı
    • 13-06-2024, 12:32
    • 141

G7 Sammiti işə başladı

İtaliyada dünya liderlərinin iştirak etdiyi G7 Sammiti işə başlayıb.

News24.az xəbər verir ki, əsas gündəmi Ukraynaya hərbi dəstək olan sammitdə Qəzzada aparılan atəşkəs danışıqları ilə bağlı da açıqlamalar verilib.

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Ceyk Sullivan iclasdakı çıxışında "dünya HƏMAS-ı atəşkəs təklifini qəbul etməyə və çıxılmaz vəziyyətdən qaçmağa təşviq etməlidir" deyib.

Qəzza üçün açıqlanan atəşkəs təklifinin arxasında İsrailin dayandığını bildirən Sullivan, "Məqsəd HƏMAS ilə boşluqları aradan qaldırmaq və qısa zamanda anlaşmaya nail olmaqdır" deyib.

ABŞ nümayəndəsi Rusiya-Ukrayna müharibəsi ilə bağlı da dəyərləndirmə aparıb.

O qeyd edib ki, Ukraynanın maliyyələşdirilməsinə kömək etmək üçün dondurulmuş Rusiya aktivlərinin dəyərini açmaq üçün beynəlxalq səylərdə yaxşı irəliləyiş əldə edilir.

Sallivan əlavə edib ki, o, G7 liderləri ilə görüşəndə razılığın əldə olunacağına ümid edir.

Günel Məlikzadə