Qanını ağcaqanadlara verir - FOTO
    • 13-06-2024, 15:50
    • 542

Qanını ağcaqanadlara verir - FOTO

Melburn Universitetində "ağcaqanadlar, məhsul zərərvericiləri və faydalı həşəratlar" mövzusunda araşdırma aparan bioloq Perran Ross, tədqiqatlar çərçivəsində öz qanını ağcaqanadlara bağışlayır.

News24.az xəbər verir ki, laboratoriyada hər gün qanını ağcaqanadlara verən Rossun İnstaqramda paylaşdığı video internetdə yayılıb.

Videoda Perran Ross ağcaqanadların onu 15 saniyə dişləməsinə icazə verir.

Perran Ross bu qəribə prosesi belə təsvir edib:

“İnsanların çoxu niyə ağcaqanadlarla dolu qəfəsə könüllü olaraq qolunu soxması ilə maraqlanır. Amma onlar gözəl canlılardır. Mən Dr Ross. Melburndanam və araşdırma aparmaq üçün ağcaqanadların məni dişləməsinə icazə verirəm".

Videoda ağcaqanadların onu 15 saniyə dişləməsinə icazə verən Ağcaqanad Adam ləqəbli Rossun indiyə qədərki ən yüksək rekordu 15 min ağcaqanad dişləməsi olub.

Bioloq Perran Ross üçün bu, onun işinin bir hissəsidir və o, bununla fəxr edir. Bu maraqlı səslənən davranışın səbəbi olduqca maraqlıdır.

Aprelin 3-də Perran Ross müxtəlif ağcaqanadların necə fərqli izlər buraxdığını göstərən ağcaqanadların dişlədiyi qollarının fotosunu paylaşıb.

"Ağcaqanad dişləmələrinə reaksiyalar insanlar arasında, eyni zamanda ağcaqanad növləri arasında əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bunlar iki fərqli ağcaqanad növündən olan 500 ağcaqanad bəslədikdən sonra mənim qollarımdır. Bəli, sol tərəf daha qaşınır!" dedi.

Günel Məlikzadə