Tramp:
    • 19-06-2024, 08:57
    • 201

Tramp: "Artıq heç kim ev ala bilmir"

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Viskonsin ştatının Rasin şəhərində seçki aksiyası keçirib.

News24.az xəbər verir ki, buradakı çıxışında Co Bayden administrasiyasının iqtisadi və immiqrasiya siyasətini tənqid edən Tramp, yüksələn inflyasiya, ev krediti faizlərinə toxunaraq, "Artıq heç kim ev ala bilmir. Amerika xəyalı öldü. Faizlər damdan keçir" deyib.

Baydenin ABŞ vətəndaşlarının minlərlə sənədsiz həyat yoldaşının deportasiyasının qarşısını alacaq və daimi yaşayış statusu əldə etmə prosesini asanlaşdıracaq planına toxunan Tramp, "Bayden xəyanətini davam etdirə bilməyəcək. Mən yenidən seçiləndə Co Baydenin Qeyri-qanuni əfv planı vəzifəyə dönəcəyimiz ilk gün sökülüb atılacaq" dedi.

"Crook Joe dünyaya qeyri-qanuni girişi mükafatlandırdığı mesajını göndərir. Baş verənlər budur" deyən Tramp, "Özünüzü aldatmayın. Ən çox zərər çəkənlər qaradərili və İspan əhalidir" dedi.

Qeyd edək ki, Ağ Evdən verilən açıqlamada Bayden administrasiyasının qanuni statusu olmayan bəzi ABŞ vətəndaşlarının həyat yoldaşlarının daimi yaşayış və sonrakı vətəndaşlıq üçün müraciət etməsinə icazə verməyə hazırlaşdığı bildirilib.

Bir çox sənədsiz immiqrantı deportasiyadan xilas edəcək tətbiqin 500 mindən çox insanı təsir edə biləcəyi ictimaiyyətə açıqlanıb.

Günel Məlikzadə