Azərbaycan millisi FİFA reytinqində irəlilədi
    • 20-06-2024, 19:20
    • 281

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

FİFA milli komandaların yeni dünya reytinqini açıqlayıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, 1179.88 xala malik olan Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Milli komanda 111-ci sıradadır.

Reytinq cədvəlinə 1860.14 xalla son dünya çempionu Argentina başçılıq edir. Fransa 1837.47 xalla 2-ci, Belçika 1797.98 xalla 3-cüdür.

Xatırladaq ki, Azərbaycan millisi bu ay iki yoxlama oyunu keçirib. Yığma Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib, Albaniyaya isə 1:3 hesabı ilə uduzub.