Türklər Kəlbəcərdə qəzaya düşdülər
    • 20-06-2024, 17:53
    • 754

Türklər Kəlbəcərdə qəzaya düşdülər

Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobil aşıb, xəsarət alanlar var.

News24.az Modern.az-a istinadla bildirir ki, Kəlbəcər rayonunda aparılan yenidənqurma işlərində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus "pikap" tipli avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Türkiyə vətəndaşları olduğu bildirilən dörd nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.("Report.az")