Gədəbəydə "VAZ" aşıb, xəsarət alanlar var
    • 2-06-2024, 20:38
    • 141

Gədəbəydə "VAZ" aşıb, xəsarət alanlar var


Gədəbəydə "VAZ" aşıb, xəsarət alanlar var.

News24.az "Report"a istinadla xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü Elbəyi Cəfərovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 1995-ci il təvəllüdlü A.Cəfərova, həmçinin azyaşlı övladları xəsarət alıb. Zərərçəkənlər öncə rayon xəstəxanasına, sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Onların vəziyyəti qənaətbəxş və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.