![Ukraynanın gələcəyi NATO-dadır - ABŞ Dövlət Departamenti](/uploads/posts/2024-06/1718974402_1716276120_image_750x_664c3a6255c90.webp)
-
- 21-06-2024, 22:08
- 215
Ukraynanın gələcəyi NATO-dadır - ABŞ Dövlət Departamenti
Ukraynanın gələcəyi NATO-dadır.
News24.az modern.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyan edib.
“Ukraynanın gələcəyi NATO-dadır. O, NATO-ya üzv olacaq. Biz bunu aydınlaşdırmışıq”, - Dövlət Departamentinin sözçüsü brifinqdə bildirib.
Eyni zamanda Miller bunun nə vaxt baş verə biləcəyini dəqiqləşdirməyib.
Bundan əvvəl, iyunun 14-də Pentaqonun rəhbəri Lloyd Ostin yaxın gələcəkdə NATO-nu genişləndirmək istəyinin olmadığını açıqlamışdı.