Bu at “Allah” deyildikdə şaha qalxır
    • 26-06-2024, 21:20
    • 197

Bu at “Allah” deyildikdə şaha qalxır

Mudurnu-Bolu yolunda yerləşən şəxsi at fermasında "Bozbey" adlı at 7 ildir ona qulluq edən Bülent Temel (50) ilə xüsusi bağ qurub.

News24.az xəbər verir ki, Bülent Təməl xüsusi bir əmrlə atına ayağa qalxmağı öyrədib. Bozbəy aldığı təhsil sayəsində “Allah” sözünü eşidən kimi şaha qalxır.

Hər zaman atına qulluq edən Temel, Bozbəyin ona zərər vermədən ayağa qalxması üçün bu üsulu tapdığını izah edib.

Bozbəyi digər atlardan ayrı saxladığını bildirən Temel, "Bozbəyin yanıma gələndə 7 yaşı var idi. İndi 13 yaşındadır. 9 atımızı bağçaya buraxırıq, amma Bozbəyi atlarına buraxa bilmirik" dedi. 

Günel Məlikzadə