ABŞ-dan spot Ethereum ETF-ləri üçün təsdiq
    • Bu gün, 21:30
    • 55

ABŞ-dan spot Ethereum ETF-ləri üçün təsdiq

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) bəzi spot Ethereum mübadilə fondu (ETF) müraciətlərinə yekun təsdiq verdiyi bildirilir.

News24.az xəbər verir ki, bəzi spot Ethereum ETF-lərinin çərşənbə axşamı ticarətə başlaması gözlənilir.

BlackRock, Fidelity Investments və Bitwise Asset Management, spot Ethereum ETF-lərinin ticarətinə başlaması gözlənilən aktivlərin idarə edilməsi şirkətləri arasındadır.

Mövzu ilə bağlı BlackRock tərəfindən edilən açıqlamada, BlackRock-un iShares Ethereum Trust ETF (ETHA) ilə bağlı qeydiyyat bəyanatının SEC tərəfindən etibarlı elan edildiyi ifadə edilib. Açıqlamada qeyd olunub ki, iShares Ethereum Trust ETF-nin iyulun 23-də Nasdaq-da ticarətə başlaması gözlənilir.

Fidelity Investments tərəfindən edilən açıqlamada, Etherin performansını izləməyi hədəfləyən Fidelity Ethereum Fund (FETH) fəaliyyətə başlayacağı açıqlanıb.

Bitwise Asset Management tərəfindən edilən açıqlamada, Bitwise Ethereum ETF-nin (ETHW) iyulun 23-də Nyu York Birjasında ticarətə başlamasının planlaşdırıldığı bildirilib.


Günel Məlikzadə