Ayasofya ilə bağlı YENİ QƏRAR verildi
    • 31-10-2023, 14:15
    • 158

Ayasofya ilə bağlı YENİ QƏRAR verildi

İstanbuldakı Ayasofya məscidinə giriş ödənişli olacaq.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

Nazirin sözlərinə görə, 2024-cü il yanvarın 15-dən xarici turistlər üçün məscidə səfər ödənişli olacaq. Türkiyə vətəndaşları isə heç bir ödəniş etməyəcək. 

Nazir qərarın YUNESKO-nun tövsiyələri əsasında verildiyini bildirib.

Xatırladaq ki, 1934-cü ildən Ayasofya muzey kimi fəaliyyət göstərib. 2020-ci ilin iyulunda Türkiyə Dövlət Şurasının qərarı ilə məscid kimi fəaliyyətə başlayıb. Rəcəb Tayyib Ərdoğan kafedralın məscidə çevrilməsi haqqında fərman imzalayıb və burada müsəlman ayinlərinin keçirilməsinə icazə verib. 

Qeyd edək ki, qərardan öncə məscidə giriş bütün ziyarətçilər, o cümlədən turistlər üçün pulsuz idi.

Qumral