Əl-Əqsa məscidinə basqın: İsrail naziri də iştirak etdi
    • 13-08-2024, 14:11
    • 303

Əl-Əqsa məscidinə basqın: İsrail naziri də iştirak etdi

İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben-Qvir işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edən minlərlə fanatik yəhudini müşayiət edib.

News24.az xəbər verir ki, Ben Gvir "Məscidül-Əqsada yəhudi ibadəti və yəhudilərin suverenliyi" mövzusunda böyük irəliləyiş əldə etdiklərini bildirib.

Səhər saatlarından başlayaraq Fələstin torpaqlarını qəsb edən israillilər İsrail polisinin himayəsi altında böyük qruplar halında Məscidül-Əqsaya basqın ediblər.

Qeyd edək ki, Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamaya görə, basqına təxminən 2250 fanatik yəhudi qatılıb.

Bəzilərinin yerə səcdə etdikləri və Talmud ayinlərini yerinə yetirdikləri görülüb.

Fanatik yəhudilər də Əl-Əqsa həyətində gəzərkən şüarlar səsləndirib, himnlər oxuyublar. Ben-Qvir də daha sonra böyük bir polis qrupu ilə Əl-Əqsa məscidinə gedib.

Bildirək ki, Ben-Gvir Əqsadan etdiyi video mesajında "Buranın idarəsi və suverenliyi ilə bağlı böyük inkişaflar var. Yəhudilərin burada ibadət etdikləri görünür. Daha əvvəl də dediyim kimi, bizim siyasətimiz burada ibadətə icazə verməkdir" dedi.

Günel Məlikzadə