Rusiya və Ukrayna arasında əsir və girovların mübadiləsi olacaq
    • 24-08-2024, 15:33
    • 194

Rusiya və Ukrayna arasında əsir və girovların mübadiləsi olacaq

Rusiya və Ukrayna arasında növbəti dəfə əsir və girov mübadiləsi həyata keçiriləcək.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə Rusiya və Ukrayna 115 əsir və girovun mübadiləsini həyata keçirməyə hazırlaşır.

Bu, Ukrayna ordusunun avqustun 6-da Rusiya daxilində hücuma başlamasından bəri ölkələr arasında ilk mübadilə olacaq.