Kim Çen In yeni ölümcül silahını gülə-gülə sınaqdan keçirdi
    • 26-08-2024, 21:22
    • 316

Kim Çen In yeni ölümcül silahını gülə-gülə sınaqdan keçirdi

Şimali Koreya lideri Kim Çen In ölkəsinin istehsal etdiyi yeni pilotsuz uçuş aparatını sınaqdan keçirib.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, müxtəlif tipli daha çox kamikadze dronların istehsalı üçün göstərişlər verən Kimin sınaq zamanı kifayət qədər şən olması diqqətdən qaçmayıb.

Dövlət mediasında yer alan xəbərə görə, pilotsuz təyyarələr əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə uçduqdan sonra hədəfləri dəqiqliklə təsbit edərək məhv edib.

Kim Çen In bildirib ki, dronların daha effektiv olması üçün süni intellekt texnologiyaları hazırlanmalıdır. Bundan əlavə, dövlət mediası tərəfindən yayımlanan fotoşəkillərdə dörd fərqli tipdə dron görülüb.