Sumqayıtda yük maşını aşdı - ÖLƏNLƏR VAR
    • 17-12-2019, 09:22
    • 591

Sumqayıtda yük maşını aşdı - ÖLƏNLƏR VAR

Sumqayıtda ağır yol qəzası baş verib. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirliyind"112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində "Shacman" markalı yük avtomobili yol kənarına aşması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.