Özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərə başlandı - FOTO
    • 10-06-2020, 11:57
    • 395

Özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərə başlandı - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərin keçirilməsinə başlayıb.

Nazlirlikdən News24.az-a verilən məlumata görə, təlimlər “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair” metodiki göstərişlərə uyğun şəkildə, 10 nəfərdən ibarət qruplar halında təşkil edilir.

İlkin mərhələdə koronavirus pandemiyası ilə əlaqədar təlimlərində fasilə yaranmış 1102 nəfərin təlimləri davam etdirilir. Növbəti mərhələdə isə 1804 iştirakçı təlimlərə cəlb ediləcək. Bu ilin əvvəlindən artıq 2600 nəfər proqram üzrə təlimlərə cəlb edilib. 

Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.