İlk dəfə Azərbaycanın istifadə etdiyi, düşmənin QORXULU YUXUSU HAROP - FOTO
    • 3-11-2020, 12:42
    • 788

İlk dəfə Azərbaycanın istifadə etdiyi, düşmənin QORXULU YUXUSU HAROP - FOTO

27 sentyabr tarixində başlayan və bu gün də rəşadətli Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatı ilə davam edən Vətən Müharibəsində ən müasir silahlardan istifadə edilərək düşmən illər öncə işğal etdiyi ərazilərimizdən geri çəkilməyə məcbur edilir. 

II Qarabağ Müharibəsində Ermənistan silahlı qüvvələrinin qorxulu yuxusuna çevrilən silahlardan biri də İstailin “Israel Aerospace Industries” şirkətinin istehsalı olan çoxfunksiyalı pilotsuz uçuş aparatı (PUA) Harop-dur.

Harop 2001-2005-ci illər ərzində istehsal edilib. PUA-nın ilk sınaq uçuşu 2003-cü ilin payızında Negev səhrasında yerləşən hərbi hava limanında baş tutub.

Pilotsuz uçuş aparatı ilk dəfə “Aero-India 2009” hərbi-sənaye sərgisində təqdim edilib. 

“Harop” ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “4 günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən istifadə olunub. 

Harop Harpy zərbə dronunun əvvəlki layihəsinin əməliyyat təcrübəsi nəzərə alınmaqla yaradılıb. Dronun ön konusunda hədəf avadanlığı və 360 dərəcə fırlanan sensor bölməsinə malik sabitləşdirilmiş platforma yerləşdirilib. 

PUA-ya video siqnalı idarəetmə paneli, elektron kəşfiyyat sistemi və özünün az güclü radiolokasiya stansiyasına ötürmə qabiliyyətinə malik iki kanallı (televiziya və infraqırmızı) kamera daxildir. 

Beləliklə, Harop təkcə zərbə deyil, həm də kəşfiyyat funksiyalarını yerinə yetirə bilər, və ya taktiki vəziyyətə görə bu ixtisasların hər ikisini birləşdirə bilər. 

Bu PUA-nın daha bir xüsusiyyəti də budur ki, hədəf aşkar edildikdə cihaz mənzilli mərmiyə çevrilir.

Harop uzun müddət (doqquz saata qədər) keşik çəkə və yerdəki hədəfləri məhv edə bilər. PUA operatoru onu hədəf dəyənə qədər idarə edə, hətta son anda belə tapşırığı ləğv də edə bilər. 

Harop zərbə endiriləcək hədəfi tapmadıqda bazaya geri dönür və paraşüt vasitəsi ilə yerə enir. 

Harop 2,5 metr uzunluğundadır və 3 metr qanad genişliyinə malikdir. Rəsmi məlumatlara görə, PUA 135 kiloqram ağırlığındadır və 23 kq döyüş başlığına sahibdir. 

PUA-nın digər xüsusiyyətləri:

Əlaqə radiusu: 200 km 
Maksimum sürət: 417 km / saat 
Mənzil: 1000 km 
Dözümlülük: 9 saat
Uçuş yüksəkliyi: 4.600 m