Vətəndaşın şiddət iddiasına DİN-dən cavab: "Polis təzyiq göstərməyib"
    • 9-02-2021, 18:30
    • 388

Vətəndaşın şiddət iddiasına DİN-dən cavab: "Polis təzyiq göstərməyib"

Xətai rayonunda 35 ailənin yaşadığı yataqxana sökülür.

News24.az xəbər verir ki, yataqxana sakinlərindən olan bir xanım polisin ona və övladına qarşı şiddət göstərdiyini iddia edib.

Məsələyə aydınlıq gətirməsi üçün Daxili İşlər Naziriliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. E.Zahidov məlumatın doğru olmadığını qeyd edib: "Bu məsələ ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Görüntülərdən aydın olur ki, polis tam təhlükəsizliyi təmin edir və oraya toplaşan bir qrup sakinlə maarifləndirici söhbət apararaq, ərazidən uzaqlaşdırır. 

Yataqxananın niyə söküldüyünü öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Ancaq zənglərimiz cavabsız qaldı.