Bakıda maşından oğurluq edildi - Fotolar
    • 9-06-2021, 19:36
    • 625

Bakıda maşından oğurluq edildi - Fotolar

Bakının Xətai rayon ərazisində avtomobildən oğurluq hadisəsi baş verib. 

News24.az-a müraciət edən vətəndaş bildirib kiSahil Nağıyev adlı vətəndaşın maşınından içində 150 AZN pul kisəsi, texniki pasport, şəxsiyyət vəsiqəsi, avtomobilin etibarnaməsi və bir neçə bank kartı oğurlanıb.

S.Nağıyev qeyd edib ki, oğurluq faktıyla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə müraciət edilib: "Hadisə iyunun 1-dən 2-nə keçən gecə baş verib. Saat 1-də artıq məhəllədəydim. Polislər ərazidə olan kameralara baxfdı, amma oğurluq faktının kameralara düşmədiyi deyildi". 

Qeyd edək ki, oğurluq hadisəsi VAZ 21074 markalı minik avtomobilində olub.