Rusiyada 26 dərəcə şaxta var, dərslər dayandırıldı
    • 25-12-2021, 10:43
    • 1 218

Rusiyada 26 dərəcə şaxta var, dərslər dayandırıldı

Rusiyanın Çelyabinsk şəhərində kəskin hava şəraiti ilə əlaqədar məktəblərin ibtidai siniflərində dərslər birgünlük ləğv olunub.

News24.az xəbər verir ki, bu barədə şəhərin növbətçi-dispetçer xidməti məlumat verib.

Qeyd olunur ki, səhər saatlarında şəhər ərazisində mənfi 26 dərəcə temperatur qeydə alınıb.

Bununla əlaqədar hər iki növbə üzrə 1-4-cü siniflərdə dərslərin dayandırılması qərara alınıb. /trend.az/